Interposta.Info

İlham Əliyev Qazaxda səfərdədir (YENİLƏNİB)

Siyasət / Manşet
 7-08-2023, 10:02     487

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazaxda "Venzana” mebel fabrikinin açılışında iştirak edib.

"İnterPosta" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

09.35

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olub.


"İnterPosta" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Prezident həmçinin Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində iştirak edib.

09.19

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazax rayonuna səfər edib.

"İnterPosta" xəbər verir ki, dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, yenidən qurulan Qarapapaq-Çaylı avtomobil yolunun açılışında iştirak edib, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanış olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26