Interposta.Info

Ermənistan tərəfindən Araz çayına axıdılan zəhərli tullantılar suyun rəngini dəyişib - VİDEO

Siyasət
 24-07-2023, 18:12     228

Araz çayına axıdılan kimyəvi və zəhərli tullantılar nəticəsində suyun rəngi yenidən dəyişib.

“Azad İran” “Telegram” kanalı bununla bağlı kadrlar təqdim edib.

Qeyd edək ki, Araz çayının Ermənistan tərəfindən kimyəvi və zəhərli tullantılarla çirkləndirilməsi Güney Azərbaycanda əhali arasında xərçəng və digər təhlükəli xəstəliklərin artmasına səbəb olub.

Ermənilərin Araz çayını çirkləndirdiklərini sübut edən görüntülər dəfələrlə yayılsa da, İranın səlahiyyətli rəsmilərinin məsələyə münasibəti dəyişməz qalıb: onlar xəbəri təkzib edirlər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26