Interposta.Info

Rusiyaya getmək istəyirdi, ölkədən çıxışına qadağa qoyulduğunu öyrəndi - VİDEO

Siyasət
 17-07-2023, 09:10     234

Rusiyaya getmək istəyən şəxsi aeroportdan buraxmayıblar.

Hadisə Maxsud Qarayevin başına gəlib. Maxsud Qarayevin oğlu Zabit Əhliyarlı deyir ki, atası 13 ildir Rusiyada işləyir.

Bir neçə gün əvvəl bilet alıb, səhərə yaxın atasını aeroportdan yola salanda xəbər tutub ki, onun ölkədən çıxışına qadağa qoyulub.

Zabit Əhliyarlı iddia edir ki, məhkəmə qərarı olmadan atasına polisin ölkədən çıxışına qadağa qoyması düzgün deyil. O bildirir ki, atası cinayət əməli törətdiyi halda onun barəsində axtarış olarsa, “stop” qoyula bilər. Ölkədən çıxışına qadağa qoyulan Maxsud Qarayevə müstəntiq bildirib ki, zərurət yarandığı üçün bu addım atılıb.

Məsələ ilə bağlı Maxsud Qarayev rəsmi məktubla Daxili İşlər Nazirliyi və Baş Prokurorluğa da müraciət edib.

Daxili İşlər Nazirliyinin əməkdaşı Nurlan Əliyev bildirib ki, həmin şəxslə bağlı Nazirliyin aidiyyəti şöbəsi araşdırma aparıb. Məlum olub ki, vətəndaşın ölkədən çıxışına Daxili İşlər Nazirliyi tərəfindən məhdudiyyət qoyulmayıb. Bu yalnız texniki problem ola bilər. İndiki vəziyyətdə vətəndaş rahatlıqla Rusiyaya yola düşə bilər.

Daha ətraflı “Xəzər” TV-nin süjetində.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26