Interposta.Info

Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri sərhədlərin delimitasiyasını müzakirə ediblər - YENİLƏNİB
 

Siyasət
 12-07-2023, 18:06     370

12 iyul 2023-cü il tarixində Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın dördüncü görüşü keçirilib.

Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən bildirilib.

Tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikasının rəhbərləri səviyyəsində müxtəlif formatlarda əldə edilən razılaşmaları nəzərə alaraq, delimitasiya məsələlərinin müzakirəsini davam edib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.

Tərəflər, həmçinin Komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

17:34
Ermənistan Xarici İşlər Nazirliyi dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Azərbaycan - Ermənistan komissiyasının növbəti iclası barədə məlumat verib.

Bildirilir ki, Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev və erməni həmkarı Mqer Qriqoryan delimitasiya məsələlərinin müzakirəsini davam etdiriblər, təşkilati detalları nəzərdən keçiriblər.

“Tərəflər növbəti - artıq beşinci görüşün tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər”, - deyə məlumatda
əlavə edilib\ “Sputnik” Ermənistan

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26