Interposta.Info

 

İlham Əliyev Azərbaycanın olmadığı təşkilatlarda ölkəmizi dəstəklədiyinə görə Albaniyaya minnətdarlıq edib

Siyasət
 7-07-2023, 15:06     209

“Azərbaycan və Albaniya dostluq və qarşılıqlı dəstəyə əsaslanan ikitərəfli əlaqələrdə çox xüsusi dinamika yaradıb”.

AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla mətbuata bəyanatında səsləndirib.

Dövlətimizin başçısı, həmçinin deyib:
“Biz beynəlxalq təşkilatlarda fəal çalışırıq, ilk növbədə, Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlığı Təşkilatında bir-birimizə dəstək veririk. Eyni zamanda, biz Azərbaycanın olmadığı təşkilatlarda ölkəmizi dəstəklədiyinə görə Albaniyaya çox minnətdarıq”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26