Interposta.Info

Bakıda QH Koordinasiya Şurasının Nazirlər Toplantısı başlayıb, Prezident çıxış edir (CANLI)

Siyasət / Manşet
 5-07-2023, 11:35     272

Bakıda Qoşulmama Hərəkatının (QH) Koordinasiya Şurasının Nazirlər Toplantısı başlayıb.

"İnterPosta" xəbər verir ki, toplantıda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir.

Nazirlər Toplantısında Hərəkatın gündəliyi ilə bağlı çoxsaylı əlavə tədbirlərlə yanaşı, Yekun Sənədlərin, o cümlədən, Bakı Bəyannaməsinin qəbulu məsələsinə baxılacaq.

Azərbaycan 120 üzv dövlət, 18 müşahidəçi dövlət və 10 Beynəlxalq Təşkilatın daxil olduğu Qoşulmama Hərəkatının tarixində mühüm rol oynayıb.

Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Şurasının Nazirlər Toplantısı bu gün və sabah keçiriləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26