Interposta.Info

“Quldurbaşı Araik Azərbaycana Xocalıda təhvil veriləcək...” - Əliyevin ultimatumu öz işini görür

Siyasət
 3-06-2023, 10:03     250

Zahid Oruc: “Araik və o çevrədə olanlar yaxşı başa düşürlər ki, artıq növbə onlara çatıb”

Azərbaycan Prezidenti İlham Əliyevin mayın 28-də Laçından separatçılara göndərdiyi ultimatum və amnistiya haqda söylədikləri Ermənistanı silkələyib. Eyni zamanda “Şeytan yuvası” Xankəndidə cinayətkar ünsürlərin kürkünə əməllicə birə salıb. Xüsusən də özünü “artsax” adlı mifik qurumun “rəsmi şəxsləri” sayan təlxəklər.

Ermənistanda nəşr olunan “Hraparak” qəzeti bu xüsusda yazıb ki, separatçı-başı Araik Arutyunyan Xocalıda Azərbaycan polisinə təhvil verilə bilər. Bu barədə qəzetin şərhçisi Edik Andreasyanın qələmə aldığı “Araiki təslim edin, rahat yaşayın” adlı məqaləsində deyilir (Publika.az).

Qeyd olunur ki, Paşinyanın Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıması və Əliyevin “təslim olun, amnistiya imkanından yararlanın” çağırışı etməsi hadisələrin inkişafını təsəvvür etməyə imkan verir.

“Əliyevin bütün açıqlamalarına ciddi yanaşmaq lazımdır, çünki adətən dedikləri gerçəkləşir. Arutyunyan bir-iki cüt isti corab, paltar hazırlasa, yaxşı olar. Yəqin ki, onun təhvil-təslim prosesi Əsgəranda (Xocalıda) keçiriləcək və bu prosesdə rus sülhməramlılar da iştirak edəcək. Araik Azərbaycan Daxili İşlər Nazirliyinin mikroavtobusuna əyləşəndə Əliyevlə Paşinyan sülh sazişi imzalayacaq. Əliyev böyük amnistiya elan edəcək və Qarabağdakı erməni əhalisi öz gündəlik həyatını yaşayacaq. Arutyunyanı bağışlamaq, yaxud bağışlamamaq qərarını Bakıda verəcəklər, bəlkə də bağışlayacaqlar”, - erməni şərhçi belə bir planın olduğunu və hadisələrin bu cür inkişaf edəcəyini hesab edir.

Onun fikrincə, Araikin təhvil-təslim prosesi danışıqların növbəti raundunda olmayacaq: “Əvvəlcə bu haqda danışılacaq, təbliğat aparılacaq, daha sonra edəcəklər”.

Xatırladaq ki, İlham Əliyevin separatçılara təslim olmaq qarşılığında amnistiya təklifi ABŞ tərəfindən alqışlanıb. Araik Arutyunyan haqda isə Azərbaycanda cinayət işi açılıb və o, axtarışa verilib.

Müdafiə Xətti” insan haqları ilə bağlı hesabat yaydı, Zahir Oruc qarşı tərəfi görüşə çağırdı: "Azərbaycana təzyiq üçün əsaslar verməyək"



Zahir Oruc

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahir Oruc “Yeni Müsavat”a mövzunu geniş şərh etdi. Z.Oruc xatırlatdı ki, ölkə başçısı mühüm beynəlxalq səfərləri kontekstində, həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinə dair Brüssel və Moskva görüşlərindən sonra Laçında çox mühüm gələcəyə baxış planlarını və strategiyasını elan edib: “Onlardan biri Qarabağda saxta siyasi hakimiyyət sisteminin vəziyyətinə dair açıqlaması oldu. Əgər separatçılar təslim olarlarsa, amnistiya haqqında düşünmək olar komponentinə diqqət çəkmək istəyirəm. ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller bu açıqlamaya müsbət reaksiya verdi. Bu, dialoqun mühüm elementi sayıla bilər. Kişinyov görüşündən öncə Avropa Birliyinin sədri Şarl Mişel bildirmişdi ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin hüquq və təhlükəsizliyi məsələsinə dair fikir mübadiləsi davam edir. Qarabağın 90-cı illərdən mövcud olan saxta idarəçilik sisteminin iflas edilməsi həm də beynəlxalq səviyyədə tanınmasının perspektivlərinə öldürücü zərbə kimi özünü göstərdi. Digər tərəfdən, Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bildirmişdi”.

Z.Oruc vurğuladı ki, ölkə başçısı Vətən müharibəsində qələbədən sonra ilk dəfə idi ki, açıq mətnlə çıxış edirdi: “Ağdamın, Laçının, Kəlbəcərin, Fərrux yüksəkliyinin Azərbaycanın nəzarətinə keçməsi, 150 günlük dinc aksiya, nəhayət, Laçında, Ermənistanla sərhəddə qurulan, böyük istehkamlar adlandıra biləcəyimiz sərhəd-keçid məntəqələrinin açılışı bir növ suverenlik qrafikimizin olduğuna əməli cavabdır. Beləliklə, Araik və o çevrədə olan şəxslər yaxşı başa düşürlər ki, artıq növbə onlara çatıb. Ermənistan onları müdafiə etmir. Biz Xankəndi və Xocavənddə yaşayan 30 min insanın ictimai fikrini bilirik. Təhlillərin nəticələrinə görə, digər xətlərdə yerli özünü hakimiyyət orqanı hesab edən qüvvələrdən kəskin narazılıq var. Məhz buna görə Samvel Babayan əvvəlki xətti qaytarmaq naminə 5 min nəfərlə aksiya keçirdi. Araik isə anında kütləvi tədbirlərin keçirilməməsinə dair qərar çıxardı. İki gün öncə Xankəndidə atəş səsləri eşidildi. Bu o deməkdir ki, bir neçə istiqamətdə parçalanma var. Azərbaycanın təsirləri və təzyiqləri bəlli xətt üzrə onların üzərinə yönəldikdə Araik ən yaxşı halda İrəvandan, yaxud üçüncü ölkənin paytaxtından bəyanatlar səsləndirir. Mən onların “mühacirət hökuməti” yaradacağını güman etmirəm. Araikin həbsi “genosid” kimi qəbul edilə bilər. Ölkə başçısının amnistiya haqqında danışması sülh müqaviləsinin imzalanması istiqamətində mühüm baxışdır. Silahı yerə qoyub konstitusiyamızı tanıyanlar ölkə miqyasında elan olunan müxtəlif qanunvericilik aktları, o cümlədən amnistiya, əfv siyahısına düşə bilərlər. Azərbaycana qarşı soyqırımı cinayətləri törətmiş şəxslər isə əsla bu siyahıya düşə bilməzlər. Bu, ölkə rəhbərliyinin prinsipial mövqeyidir. Buna görə də Köçəryan, Sərkisyan və başqalarını bu siyahılarda heç zaman görməyəcəyik. Əksinə, onların cəzası veriləcək".

Komitə sədri Ermənistanın beynəlxalq subyekt kimi qəbul edilmədiyinə də diqqət çəkdi: “Paşinyan diaspor qüvvələri ilə görüşdə bildirdi ki, Ermənistan indiyə qədər müxtəlif imperiyaların aləti olub. O qeyd etdi ki, gələcək nəsillər üçün dövlət qurub vermək lazımdır. Bu, düzgün yanaşmadır. Hesab edirəm ki, ölkə rəhbərinin strategiyasında özünü hakimiyyət kimi qəbul edən separatçı qüvvələrin bütün səlahiyyətlərini ləğv etmək var. Sabiq xarici işlər naziri Vartan Oskanyan da son görüşlərlə bağlı bildirmişdi ki, Ermənistan müqavilə imzalamaqdan yayınmalıdır. Bu fikir hətta hakimiyyətə yaxın olan qüvvələr tərəfindən də dilə gətirilməkdədir. Armen Qriqoryan bəyan edib ki, onların Xankəndi və Xocavənddə hərbi qüvvələri yoxdur. Bizim bu istiqamətdə fərqli yanaşmamız var. Onlar istəyirlər ki, "xilas üçün ayrılma" modelindən istifadə etsinlər. Azərbaycan isə buna getmir. Gündəmdə olan əsas məsələlər delimitasiya, demarkasiya məsələləri, kommunikasiyaların açılmasıdır və s.

Sülh müqaviləsinin taleyi Araikdən asılı deyil. Hazırda ən ağır vəziyyətdə olan şəxs odur. Üzərində təzyiqlər çoxdur. Populyar, ideoloji, siyasi fiqur deyil. Hərbi geyim geysə də, azərbaycanlılara güllə atmayıb. O başa düşür ki, son nəfərinə qarşı döyüşmək kimi reallıq mövcud deyil. Araik 3-cü dövlətin qorumasına güvənmək istəyir. Əgər onun ordusu varsa, rus sülhməramlılarının missiyası nədən ibarətdir? Separatçı qüvvələr təzyiqləri hiss edirlər, bu, müharibənin başqa formada davamıdır".

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26