Interposta.Info

CHP-də yeni dalğa: Kılıcdaroğlunun istefası tələb edilir

Siyasət / Manşet
 15-05-2023, 14:53     245

Türkiyədə keçirilən prezident seçkilərində "Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun istefası gündəmə gətirilib.

Bu tələblə CHP-nin keçmiş sədri Dəniz Baykala xüsusi yaxınlığı ilə seçilən, 1995-1996-cı illərdə dövlət naziri vəzifəsində çalışmış Mehmet Sevigen "CNNTurk" kanalında çıxışı zamanı səsləndirib.

M.Sevigen K.Kılıcdaroğlunun prezident seçkilərindəki bıabırçı məğlubiyyətini əsas gətirərək CHP rəhbərliyindən istefa verməsinin vacib olduğunu bildirib:

"Kamal bəy Atatürkün partiyasının yaşamasını istəyirsə təcili partiya rəhbərliyindən istefa verməlidir. Kamal bəy bizim ümidlərimizi əlimizdən aldı"-deyə, keçmiş dövlət naziri bildirib.

Qeyd edək ki, son nəticəyə görə Türkiyədə keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 49.4, Kamal Kılıcdaroğli isə 45.0 faiz səs toplayıb./Qlobal.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26