Interposta.Info

Çavuşoğlu: “Türkün yolu Zəngəzurdan və Qarabağdan keçir”

Siyasət
 11-05-2023, 22:48     232

Türkün yolu Türk Dövlətləri Təşkilatından, Orta Dəhlizdən, Zəngəzurdan və Qarabağdan keçir.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

M.Çavuşoğlu Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğluya xitabən Türkiyənin Azərbaycandan yan keçə bilməyəcəyini deyib.

"Azərbaycandan nə istəyirsiniz? Azərbaycan Qarabağı geri alanda hər cür dəstəyi verdik. Siz "təəssüf ki, Türkiyə Azərbaycanı dəstəklədi" - dediniz.

Azərbaycan niyə hərb meydanına endi? Öz torpaqlarını geri almaq üçün. Azərbaycan Ermənistanın torpaqlarına hücum etməyib ki?”, - Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Kamal Kılıcdaroğluya xitabən deyib.

Çavuşoğlu qeyd edib ki, bu gün türk dünyası güclüdür: "Öz milli müdafiə sistemlərimiz var. Düşmənə möhtac deyilik. Azərbaycandan nə istəyirsiniz? Bu gün Türkiyə böyük türk dünyasını birləşdirir. Bu gün Türkiyə Türk Dövlətləri Təşkilatının arzusunu, yəni türk dünyasının birləşmək arzusunu həyata keçirən bir ölkədir”./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26