Interposta.Info

Prezident və birinci xanım Xocavənd və Füzuli rayonlarına səfər edib (YENİLƏNİB)

Siyasət / Manşet
 5-05-2023, 15:45     534

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 5-də Xocavənd və Füzuli rayonlarına səfər ediblər.

"İnterPosta" xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma Tuğ kəndində həyata keçiriləcək turizm layihələri barədə məlumat verilib.

Prezident İlham Əliyev burada İnzibati Mərkəzin və ilk yaşayış məhəlləsinin təməlini qoyub.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hadrut qəsəbəsində tam orta məktəbin bərpa layihəsi ilə tanış olub, ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər.

Dövlət başçısına və birinci xanıma Turizm Məlumat Mərkəzi barədə məlumat verilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İnzibati Mərkəzin təməlqoyma mərasimində iştirak ediblər.

Dövlət başçısı Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin, "Hadrut” qovşaq yarımstansiyasının və Rəqəmsal İdarəetmə mərkəzinin açılışlarını edib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunun Pirəhmədli kəndinin təməlqoyma mərasimində iştirak ediblər.

Dövlət başçısı Füzuli-Hadrut avtomobil yolunun 12,3 kilometrlik hissəsinin açılışını edib, Dədəli kəndinin təməlini qoyub.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Füzuli yaşayış kompleksində aparılan inşaat işləri ilə tanış olub, Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin təməlqoyma mərasimində iştirak ediblər.

Prezident İlham Əliyev "Azərişıq” ASC-nin Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin açılışını edib.

Dövlətimizin başçısı və birinci xanım Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə tikilən məktəb binasında tikinti işlərinin gedişi ilə tanış olublar.

Sonra Prezident İlham Əliyev Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlini qoyub.

11.04

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 5-də Xocavənd rayonuna səfər ediblər.

"İnterPosta" xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma Tuğ kəndində həyata keçiriləcək turizm layihələri barədə məlumat verilib.

Prezident İlham Əliyev burada İnzibati Mərkəzin və ilk yaşayış məhəlləsinin təməlini qoyub.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hadrut qəsəbəsində tam orta məktəbin bərpa layihəsi ilə tanış olub, ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər.

Dövlətimizin başçısına və birinci xanıma Turizm Məlumat Mərkəzi barədə məlumat verilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İnzibati Mərkəzin təməlqoyma mərasimində iştirak ediblər.

Dövlətimizin başçısı Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin, Hadrut "Qovşaq” yarımstansiyasının və Rəqəmsal İdarəetmə mərkəzinin açılışlarını edib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunun Pirəhmədli kəndinin təməlqoyma mərasimində iştirak ediblər.

Dövlətimizin başçısı Füzuli-Hadrut avtomobil yolunun 12,3 kilometrlik hissəsinin açılışını edib, Dədəli kəndinin təməlini qoyub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26