Interposta.Info

Müsavat İrana görə Bakı meriyasını məhkəməyə verdi

Siyasət
 2-05-2023, 11:43     292

Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.

Qaynarinfo xəbər verir ki, iddia Bakı İnzibati Məhkəməsində qaldırılıb.

Məhkəmə çəkişməsinin səbəbi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir. İddiaya hakim Minimat Hacıbəyovanın sədrliyi ilə baxılacaq.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Qaynarinfo-ya işin təfərrüatlarını açıqlayıb. O bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin məhkəməyə verilməsi İran səfirliyi qarşısında piket keçirmək barədə bağlı müraciətinə "yox” cavabı verilməsi ilə bağlıdır.

"Müsavat Partiyası ötən ilin noyabrında İran səfirliyinin qarşısında piket keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Lakin qurum piketə icazə verməyib. Doğrudur, meriyanın mənfi cavabına baxmayaraq, partiyanın fəalları aksiyanı keçirib. Bununla belə, biz Bakı Şəhər İcra Hakimiyyətinin piketə icazə verməməsini qanunsuz hesab edib, məhkəməyə vermişik”, deyə Gülağa Aslanlı bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26