Interposta.Info

Ceyhun Bayramov Ketrin Kolonna ilə hansı məsələləri müzakirə edib?

Siyasət
 27-04-2023, 16:15     204

"Fransalı həmkarımla görüşdə regional məsələlər və digər məsələlər ətrafında fikir mübadiləsi oldu. Uzun illər ərzində Azərbaycan-Fransa münasibətləri dinamik inkişaf edib və uğurlu bir əməkdaşlıq kimi səciyyələndirilə bilər".

"İnterPosta" məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Fransanın xarici işlər naziri Ketrin Kolonnanın iştirakı ilə mətbuat konfransında deyib.

Nazir qeyd edib k, iki ölkə birgə böyük layihələr həyata keçirib, böyük enerji, neft-qaz layihələri, infrsatruktur layihələrində Fransa şirkətlərinin iştirakı olub, ümumilikdə sosial, iqtisadi, humanitar, mədəniyyət, təhsil, elm sahələrində qarşılıqlı əməkdaşlıq müşahidə olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26