Interposta.Info

“Xutor”da partlamış su borusu təmir edildi - YENİLƏNİB

 

Siyasət
 24-04-2023, 18:21     153

“Xutor” ərazisində, "8-ci sıra" adlanan hissədəki partlamış su borusu təmir edilib. Suyun ətrafa axması problemi aradan qaldırılıb".

Bu barədə Oxu.Az-a “Azərsu” ASC-dən məlumat verilib.

17:38

Bakının Nəsimi rayonu, “Xutor” adlanan ərazidə boru zədələnməsi nəticəsində su küçəyə axır.

Bununla bağlı foto və videolar sosial şəbəkələrdə yayılıb. Sakinlərin paylaşdığı görüntülərdə qeyd edilib ki, partlayan su borusu fərdi çəkilmiş xətt deyil.

Məsələ ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ nəzarətə götürülüb. Qurumun mətbuat katibi Anar Cəbrayıllı Nəsimi Rayon Sukanal İdarəsinə məlumat verildiyini, tədbir görüləcəyini söyləyib:

“Lakin qeyd etməliyəm ki, görüntülərdə əks olunan fərdi xətdir, kiminsə özü üçün çəkdiyi su borusudur. Mərkəzləşmiş şəbəkə deyil. Çünki mərkəzləşmiş şəbəkə torpağa basdırılır. Asfaltın üstü ilə çəkilən vətəndaşlar tərəfindən primitiv qaydada çəkilən xətdir. İstənilən halda, su itkisinin qarşısını almaq üçün tədbir görüləcək”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26