Interposta.Info

İlham Əliyev Bosniya və Herseqovinaya səfərə getdi

Siyasət
 13-04-2023, 13:49     266

Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfərə gedib.

"İnterPosta"xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Sarayevo şəhərinin Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Bosniya və Herseqovinanın xarici ticarət və iqtisadi əlaqələr naziri Staşa Koşarats və digər rəsmi şəxslər qarşılayıblar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26