Interposta.Info

İlham Əliyevlə Qaribaşvili mətbuata birgə bəyanatla çıxış etdi (FOTO/VİDEO/YENİLƏNİB)

Siyasət / Manşet
 7-04-2023, 16:24     305

Bu gün Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər.

"İnterPosta" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


15.08

Aprelin 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü olub.

"İnterPosta" xəbər verir ki, Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qarşılayıb.

Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili birgə foto çəkdiriblər.

13.00

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili aprelin 7-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

"İnterPosta" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşılayıblar.



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26