Ceyhun Bayramov Fələstin prezidenti ilə görüşüb - YENİLƏNİB + FOTO
Martın 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstinə rəsmi səfəri çərçivəsində Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas tərəfindən qəbul edilib.
Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib ki, görüşdə ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri, o cümlədən bölgədə mövcud vəziyyət müzakirə edilib.
Prezident Mahmud Abbas ilk öncə ulu öndər Heydər Əliyevlə və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşlərini məmnunluqla xatırlayıb və salamlarının Prezidentə çatdırılmasını xahiş edib. Azərbaycan və Fələstin arasında geniş ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin təqdirəlayiq olduğunu məmnunluqla qeyd edib. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın Hərəkatın gücləndirilməsi, o cümlədən, üzv dövlətlərin fəaliyyətinin əlaqələndirilməsi istiqamətində həyata keçirdiyi təşəbbüslərin təqdirəlayiq olduğu bildirilib.
Ceyhun Bayramov ötən il Azərbaycanın Fələstinlə diplomatik münasibətlərinin 30 illiyinin qeyd olunduğunu xatırlayaraq, iki dövlət arasında dostluq, həmrəylik və ortaq dəyərlərə əsaslanan münasibətlərin inkişaf etdiyini vurğulayıb. Azərbaycan Respublikasının Fələstin Dövlətində Təmsilçilik Ofisinin təsis edilməsinin münasibətlərin daha da inkişafına təkan verəcəyindən əminlik ifadə olunub. Çoxtərəfli platformalarda ölkələrimizin qarşılıqlı şəkildə bir-birinə göstərdiyi dəstək məmnunluqla qeyd edilib.
Ceyhun Bayramov həmçinin 44 günlük Vətən müharibəsindən sonra regionda mövcud vəziyyət, post-münaqişə dövründə bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi, nəqliyyat və kommunikasiyaların açılması, 30 ilə yaxın işğal nəticəsində yurdlarından didərgin düşmüş məcburi köçkünlərin öz torpaqlarına ləyaqətli qayıdışının təmini istiqamətində Azərbaycan tərəfindən həyata keçirilən bərpa və quruculuq işləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Ermənistan tərəfindən törədilmiş davamlı təxribatlar, üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsinin bölgədə Azərbaycanın sülh və quruculuq səylərinə maneə olduğu diqqətə çatdırılıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
01:14
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin Prezidenti Mahmud Abbasla görüşüb.
Bu barədə Ceyhun Bayramov öz “Twitter” hesabında paylaşım edib.
“Fələstinə rəsmi səfərim çərçivəsində Fələstin Prezidenti Mahmud Abbas tərəfindən qəbul olunmaqdan məmnunam. Azərbaycanla Fələstin arasında ikitərəfli və çoxtərəfli münasibətlərin perspektivləri, regional və beynəlxalq vəziyyət, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Qonaqpərvərliyə və səmərəli görüşə görə minnətdarlığımı bildirdim”, - Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib.
İnterPosta.info
Within my official visit to ??, pleased to be received by Mahmoud Abbas, President of #Palestine. Discussed prospects of ???? bilateral & multilateral relations, regional & int'l situation, issues of mutual interest. Expressed gratitude for great hospitality & fruitful meeting. pic.twitter.com/JVj77pz6wZ
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) March 30, 2023
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26