Interposta.Info

Bayramov Vardanyanın “vurulması” haqqında: “Azərbaycanın tələbləri nəticə verdi”

Siyasət / Manşet
 24-02-2023, 18:42     385

Xarici işlər naziri Ceyhun Bayramov Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində özünü “dövlət naziri” elan edən Ruben Vardanyanın “vəzifəsindən azad edilməsi”nə münasibət bildirib.

Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan əvvəlcədən Qarabağ erməniləri ilə təmasları elan etmişdi.

“Biz dəfələrlə bəyan etmişik ki, kənardan gələn və ya gətirilən şəxslərlə deyil, Qarabağdakı ermənilərlə danışacağıq. Görünür ki, Azərbaycanın haqlı tələbləri öz nəticəsini verdi”, - deyə o əlavə edib.

Qeyd edək ki, fevralın 23-də Ruben Vardanyan qondarma vəzifəsindən azad olunub. Onun yerinə separatçıların “baş prokuroru” Qurgen Nersisyan “təyinat alıb”. Ekspertlər düşünürlər ki, bu, Azərbaycanın Vardanyana qarşı tutduğu prinsipial mövqenin nəticəsidir./oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26