Interposta.Info

Mehriban Əliyeva akademik Arif Paşayevi təbrik etdi

Siyasət / Manşet
 15-02-2023, 15:35     342

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevi doğum günü münasibəti ilə təbrik edib.

"İnterPosta" xəbər verir ki, Birinci vitse-prezidentin rəsmi sosial şəbəkə hesabında paylaşdığı təbrikdə deyilir:

"Böyük ürək sahibi, nurlu, mehriban İnsan! Ad günün mübarək! Sənə möhkəm cansağlığı, gümrahlıq və gözəl əhval-ruhiyyə arzulayıram! Sən gözəl ata və qayğıkeş babasan! Sənə sevgimiz sonsuzdur! Ömrün uzun olsun! Uca Allah bütün valideynləri qorusun!".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26