Interposta.Info

Jirinovski: “İnanmaq çətindir ki, Mehriban Əliyeva...”

Gündəm
 26-08-2017, 14:04     10 722

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı doğum günü münasibəti ilə təbrik edib.

Axar.az “Moskva-Bakı” portalına istinadla xəbər verir ki, Jirinovski təbrikində Mehriban Əliyevanın fəaliyyətinə hər zaman heyran olduğunu bildirib:

“Rusiya Liberal Demokrat Partiyasından olan deputatlar və şəxsən öz adımdan səmimi qəlbdən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Arif qızı Əliyevanın doğum gününü təbrik edirəm. Xanım Əliyevanın tərcümeyi-halını oxuyarkən bu xidmətləri və uğurları bir insanın, üstəlik də kövrək, cazibədar qadının etməsinə inanmaq çətindir. Adama elə gəlir ki, bu qadın özünü dərk edən andan işsiz qalmayıb. Elmi iş, xeyriyyəçilik, doğma ölkənin mədəniyyətinin və idmanının irəli aparılması, hökumətdə, parlamentdə və icraedici strukturlarda iş... O, YUNESKO-nun xoşməramlı səfiri də olub, bu isə onun xidmətlərinin beynəlxalq aləm tərəfindən tanınmasının simvoludur. Hazırda Mehriban Əliyevə Azərbaycanda ikinci şəxsidir. Onun çiyinlərində millət və xalqa görə böyük məsuliyyət var. Hətta güclü kişilər belə heç də hər zaman bu yükü daşımaq gücündə olmayıblar, lakin xanım Əliyeva onu lütf və yüngüllüklə daşımaqla bərabər, insan qayğılarına əvvəlki kimi məsuliyyətli və həssas olaraq qalmaqda davam edir. Ola bilsin ki, iş daxili qüvvədə, bəlkə də gözəl ailə və mükəmməl tərcümeyi-haldadır. Biz sevinclə Mehriban Arif qızı Əliyevanı doğum günü münasibəti ilə təbrik edir, ona öz gözəlliyini, enerjisini, başqalarını ruhlandırmaq bacarığını saxlamağı arzu edirik. Mehriban xanım, Sizə və Sizin ailəyə sağlıq və rifah arzulayırıq. Təbii ki, rifahı çox halda uğurlarınızla əlaqəli olan Sizin gözəl ölkəniz - Azərbaycanın çiçəklənməsini arzulayırıq. Doğum gününüz mübarək!”

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26