Interposta.Info

“Qoy yer üzündəki bütün azərbaycanlılar sağlam və xoşbəxt olsun!” - Mehriban Əliyeva

Ölkə
 31-12-2019, 10:47     256

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib.

"İnterPosta.info" xəbər verir ki, bu barədə Mehriban Əliyeva "İnstagram" səhifəsində paylaşım edib.

Təbrikdə deyilir:

"Əziz həmvətənlər!

Sizi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni İl münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Qoy Tanrı öz mərhəmətini xalqımızdan əsirgəməsin! Qoy yer üzündəki bütün azərbaycanlılar sağlam və xoşbəxt olsun! Bu bayram günündə sizə möhkəm cansağlığı, xoş ovqat, ailələrinizə sevinc və rifah arzulayıram".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26