Qubad İbadoğlunun partiyasında yeni istefalar (AÇIQLAMA)

Azərbaycan Demokratiya və Rifah Partiyasında yeni istefalar gözlənilir.
Bu barədə Qaynarinfo-ya təşkilata yaxın mənbə məlumat verib. Məlumata görə, partiya sədri Qubad İbadoğlunun idarəçiliyindən narazılıqlar yaranıb. Buna səbəb olaraq sədrin partiyanı uzaqdan, yəni Londondan internet - votsap qurupu ilə idarə etməsidir. Partiya üzvləri sədrin nə vaxt Bakıya dönəcəyi ilə bağlı suallara cavab ala bilmirlər.
Mənbə bildirir ki, hər şey Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının partiyaya çevrilməsindən sonra başlayıb. Yenicə partiyaya çevrilən siyasi qurumda iki-üç qruplaşmanın yarandığı deyilir. Həmin qruplaşmalar arasında kəskin qarşıdurma yaranıb, onlar bir-birlərilə yola getmirlər. Təşkilatdaxili intriqalar partiya üzvlərinin ciddi narahatçılığına səbəb olub.
Qeyd edək ki, bir müddət bundan öncə ADRH-ın sədr müavini Səxavət Əlisoy da qurumdan istefa verib. O, sosial şəbəkə hesabında "Səndən partiya sədri olmaz. Bunu çox yaxşı bilirsən. Sən bir peşəkar QHTşniksən. Bacarığını etiraf edirəm, qrant məsələsində Azərbaycanda öndə gedən 3-5 nəfərdən birisən” paylaşımını edib.
Azərbaycan Demokratiya və Rifah Hərəkatının İH-in sabiq üvzü Rüfət Əliyev Qaynarinfo-ya açıqlamasında qurumda istefaların olcağını vurğulayıb:
"Müsavatdan istefa verib böyük ümidlərlə yeni hərəkat yaratdıq. Adım hallanmasa da, təşkilatçılardan biri mən idim. Biz Qubad İbadoğluna böyük ümidlər bəsləyirdik, dedik yəqin Musavat kimi partiyadan ayrılmışıqsa, nəsə edəcəyik. Amma nə yazıq. 2014-cü ildə keçirilən sessiyalarda fikir verirdim ki, Qubad İbadoğlu ADRH siyasi rəhbərliyi kimi deyil, QHT rəhbəri kimi çıxışlar edir. Mədən sənayesinin şəffaflığı haqqında danışır. Onun bu çıxışlarından sonra bir balaca soyudum. Mənə yazdı ki, niyə iclaslarda aktiv iştirak etmirsiniz? Mən də bir başa yazdım ki, bir partiya rəhbərinin gedib Londandan Azərbaycanda olan bir partiyaya rəhbərlik etməsi düzgün deyil. Sən gedib orda oturub, şəxsi işlərinlə məşğulsan. Belə bir adam xalqı öz arxasınca necə apara bilər? Adama deməzlərmi ki, niyə ölkədə deyilsən?
Ətrafında qruplaşma aparır, onun dediklərinə qarşı çıxmayanlar yaxşı adamdır, əksinə gedənləri görmək istəmir. Belə bir yerdə qala bilməzdim. İnternetlə, votsap vasitəsi ilə partiyanın məclisinin yığıncaqlarını keçirir. Gəl bura, xalq burada əziyyət çəkir. Müsavat Partiyasında namizədliyini verəndə demişdi ki, Azərbaycanı uzun müddətə tərk etməyəcəm. Hətta ADRP-na sədr seçiləndə bu fikiri dedi. Üzvlərdən biri yazdı ki, nooldu, bəs deyirdiniz Azərbaycandan çıxmayacaqsınız, heç bir ay da çəkmədi, ölkədən getdiniz. Onu işdən çıxartmışdılar deyə Londona getdi.
Ətraflı
Blogerliklə məşğuldur, bura onun evidir, bura filan nazirin mülkidir. Sənin nəyinə lazımdır? Görəcəyin işlərdən danış, camaatın başını rəqəmlərlə qatır, bu da indi keçmir. Xalq rəqəmləri bilməsə də, nəyin necə olduğunu yaxşı bilir. Siyasi proseslərin önündə olmalısan. Ya siyasi proseslərin önündə olursan, ya da çəkilirsən kənara. Belə bir qurumda özünə hörmət edən şəxs qalmaz”.
Rüfət Əliyev deyir ki, ADRP Qubad İbadoğlunun şəxsi MMC-si deyil, istədiyi kimi də hərəkət etsin:
"Mən İdarə heyətinin üzvü olmuşam. İstəlinən bir işdə İH-in qərarı olmalıdır. Kimlərin istefa verəcəyini deməsəm də, təxmin edirəm. Partiya başqanı Londonda olarsa, onun gələcəyindən nə danışmaq olar?
Sabiq partiya üzvü Əli Kərbalayı Müsavat Partiyasından ayrıldığına və Qubad İbadoğlunun hərəkatına qoşulduğu üçün peşiman olduğunu vurğulayıb:
"Mən ADRH-ın partiyaya çevrilməsinin əleyhinə oldum. Biz Qubad İbadoğlunu başqan seçəndə böyük ümidlər bəsləyirdik. Deyirdik ki, alimdir, iqtisadçıdır, ondan güclü addımlar gözləyirdik. Biz illərlədir işsizik, amma Qubad İbadoğli iki ay işsiz qalmağa dözə bilmədi, müraciət elədi Avropa ölkələrinə, o gedən getdi. Partiya sədri Londonda nə gəzir? Biz onu sədr seçəndə dedik ki, həqiqətən də Bakıda partiyanın işi ilə məşğul olacaqsınızsa, sizə etimad göstərəcəyik. Biz də sizə dəstək verəcəyik. Baxdım Qubad bəy Londonda, partiyanın da fəaliyyəti yox, burada qalmağın adı yoxdur. Düşündüm ki, yolları ayrırım. Ayrıldım, amma mətbuata çıxarmadım. Məni sosial şəbəkədə dostluqdan çıxarıb və bloklayıb.
Hələ ki, siyasi fəaliyyətimi hardasa davam etdirmirəm, amma Müsavat Partiyasına qayıtmaq istəyərdim. İsa bəy Müsavata başqan qayıtsa, böyük məmnuniyyətlə hamı qayıdar. Bu yaxınlarda İsa bəyin rəhbərlik etdiyi Milli Strateji Düşüncə Mərkəzininin toplantısı vardı, orada iştirak elədim, ona bəyə hörmətim böyükdür".
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26