Interposta.Info

Sergey Lavrov: “Çox təəssüf ki, Ermənistan bu fürsəti əldən verdi”

Siyasət / Manşet
 23-12-2022, 16:49     394

"Ermənistanlı həmkarlarımız Moskvaya gəlməkdən imtina ediblər. Çox təəssüf ki, belə bir fürsət əldən verildi”.

"Report"un məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə deyib.
Ətraflı

"Sülh müqaviləsi ilə bağlı müzakirələr bu gün də davam etdiriləcək. Biz bu tədbirə hazırlaşırdıq, amma təəssüf ki, son anda ermənistanlı həmkarlarımız Moskvaya gəlməkdən imtina etdilər. Mütəmadi olaraq görüşmək, danışıqlar aparmaq və bütün məsələləri həll etmək üçün zəmin yaratmaq lazımdır”, - S.Lavrov bildirib.

Xatırladaq ki, dekabrın 23-də Moskvada keçirilməli olan görüşdə Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin hazırlanmasına dair məsələlərin müzakirəsi planlaşdırılırdı, lakin rəsmi İrəvan görüşdən imtina edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26