Interposta.Info

"Azərbaycan və Ermənistan razılığa gəlib" - Ceyhun Bayramov

Siyasət
 14-10-2022, 15:15     426

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti, üçüncü görüşü yaxın zamanlarda keçiriləcək.

"İnterPosta" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın paytaxtı Astanada rusiyalı həmkarı Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyanla keçirdiyi üçtərəfli görüşdə deyib.

Bildirilib ki, görüşdə Azərbaycanla Ermənistan arasında normallaşmanın müxtəlif istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. C.Bayramov kommunikasiyaların açılması ilə bağlı üçtərəfli işçi qrupunda indiyə qədər aparılmış danışıqlar zamanı əldə edilmiş tərəqqi əsasında praktiki işə başlamağın vacibliyini vurğulayıb.

Nazir delimitasiya üzrə komissiyaların artıq yaradıldığını, indiyə qədər iki görüşün keçirildiyini vurğulayıb. Üçüncü görüşün yaxın zamanlarda keçirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılıb. Eyni zamanda Azərbaycanın bu prosesdə işin konkret istiqamətlər üzrə aparılmasının tərəfdarı olduğu qeyd edilib.

"Azərbaycan və Ermənistan Praqada keçirilmiş dörddərəfli görüşün yekununda bir-birinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı tanımaq və hörmət etmək barədə razılığa gəlib. Bu, sülh müqaviləsinin əsasın təşkil edir”, deyə Ceyhun Bayramov bildirib.

O xatırladıb ki, sonuncu dəfə bu formatda görüş bu ilin may ayında Düşənbdəə keçirilib: "Xüsusən, sülh müqaviləsi ilə bağlı Cenevrədə oktyabrın 2-də ikitərəfli görüşün keçirilib və həmin görüşdə Azərbaycan tərəfindən sülh müqaviləsinin əsas elementləri Ermənistana təqdim olunub”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26