Interposta.Info

Paşinyandan acı etiraf: "Laçın dəhlizinin açılması..."

Siyasət / Manşet
 16-12-2022, 11:35     400

Ermənistanın baş naziri Nikol Paşinyan hakim partiyadan olan deputatların iştirakı ilə iclas keçirib.

"İnterPosta" xəbər verir ki, Qaynarinfo Ermənistan mətbuatına istinadən məlumat yayıb.

Baş nazir deputatların Laçın dəhlizi ilə bağlı suallarını cavablandırıb.

"Laçın dəhlizi nə vaxt açılacaq" sualına cavab verən Paşinyan bunu bilmədiyini etiraf edib: "Müxtəlif ölkələrin parlamentariləri və beynəlxalq təşkilatlarla əlaqə saxlayırıq. Lakin onların heç biri dəhlizin açılmasına zəmanət vermir".

Rusiyanın vasitəçiliyinə gəlincə, Paşinyan bununla ilə bağlı konkret heç nə deməyib. O, sadəcə qeyd edib ki, "bizim strateji tərəfdaşımız bu məsələni rəfə atıb”.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq beş gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26