Interposta.Info

Ədliyyə Nazirliyində iki baş idarə ləğv edildi, iki yeni baş idarə yaradıldı (FƏRMAN)

Siyasət
 28-11-2022, 16:22     136

Ədliyyə Nazirliyinin strukturunda dəyişiklik edilib.
"İnterPosta"-nın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev "Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Dəyişikliklərdən sonra Ədliyyə Nazirliyinin Aparatının strukturuna Strateji planlaşdırma və monitorinq və Ədliyyə sahəsində xidmətlər baş idarələri daxil edilib. Əvəzində Təşkilat-nəzarət və Qeydiyyat və notariat baş idarələri ləğv olunub. Kadrlar Baş İdarəsinin əsasında isə İnsan Resursları Baş İdarəsi yaradılıb.

Dəyişikliklə "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturu”nun 2-ci hissəsi aşağıdakı redaksiyada verilib:

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Aparatı
Strateji planlaşdırma və monitorinq baş idarəsi
Qanunvericilik baş idarəsi
Ədliyyə sahəsində xidmətlər baş idarəsi
İcra baş idarəsi
Probasiya xidməti (baş idarə səlahiyyətli)
Bələdiyyələrlə iş mərkəzi (baş idarə səlahiyyətli)
İnsan resursları baş idarəsi
Beynəlxalq əməkdaşlıq idarəsi
İnsan hüquqları və kommunikasiya idarəsi
İstintaq idarəsi
Cəzaların icrasına nəzarət üzrə müfəttişlik (idarə səlahiyyətli)
İnformasiya texnologiyaları və innovasiyalar idarəsi
Ətraflı
Katiblik (idarə səlahiyyətli)
Maliyyə və təminat idarəsi.

Dəyişiklikdən əvvəl "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturu”nun 2-ci hissəsi aşağıdakı kimi idi:

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aparatı
Təşkilat-nəzarət baş idarəsi
Qanunvericilik baş idarəsi
Qeydiyyat və notariat baş idarəsi
İcra baş idarəsi
Bələdiyyələrlə iş mərkəzi (baş idarə səlahiyyətli)
Probasiya xidməti (baş idarə səlahiyyətli)
Beynəlxalq əməkdaşlıq idarəsi
İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi
İstintaq idarəsi
Kadrlar idarəsi
Cəzaların icrasına nəzarət üzrə müfəttişlik (idarə səlahiyyətli)
Katiblik (idarə səlahiyyətli)
Maliyyə və təminat idarəsi
İnformasiya-kommunikasiya texnologiyaları idarəsi

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26