Interposta.Info

Azərbaycan İsraildə səfirlik, Fələstində nümayəndəlik açır (YENİLƏNİB)

 

Siyasət / Manşet
 18-11-2022, 15:00     396

Milli Məclis Azərbaycanın İsrail, Albaniya və Keniyada səfirlik açmasına razılıq verib.

"İnterPosta" xəbər verir ki, bununla bağlı məsələlər parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qanun layihələrinə əsasən, Azərbaycanın İsraildəki səfirliyi paytaxt Təl-Əvivdə, Albaniyadakı səfirliyi paytaxt Tiranada, Keniyadakı səfirlik isə Nayrobi şəhərində yerləşəcək.

Toplantıda Azərbaycanın BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin təsis edilməsi haqqında" və "Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında” qanun layihələri də müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra layihələr səsverməyə çıxarılaraq qəbul edilib.

12:18

Azərbaycanın İsraildə səfirliyi açılacaq.


"İnterPosta" xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb.

Azərbaycan həmçinin Fələstində diplomatik nümayəndəlik açacaq. Milli Məclisin bu günkü iclasında deputatlar "Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsini müzakirə edəcəklər.

Azərbaycan həmçinin Kenya və Albaniyadada da səfirlik açır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26