Interposta.Info

Lukaşenko İlham Əliyevlə söhbətinin detallarını açıqladı: "Onun başqa çarəsi qalmadı"

Siyasət / Manşet
 1-11-2022, 18:25     409

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, o, Bakı ilə İrəvan arasında münaqişənin sülh yolu ilə həlli variantlarını çoxdan təklif edib, lakin Ermənistan bununla razılaşmayıb və Azərbaycan prezidentinin güc tətbiqindən başqa çıxış yolu qalmayıb.

Qaynarinfo xəbər verir ki, Lukaşenko bu barədə Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas ilə görüşündə bildirib.

"Biz KTMT-yə sədrlik edəndə bu məsələni qaldırmışdım. Mən İlham Əliyevin yanına gedib onunla mehriban söhbət etdim. Ona zarafatla belə dedim: "İlham Heydəroviç, bu məsələdə razılaşsaz, Ermənistana kömək etməlisiz". Söhbət ermənilərin ələ keçirdiyi beş-altı Azərbaycan rayonundan gedirdi. Onlar geri qaytarılmalı idi. Ermənilər özləri də etiraf edib ki, bura onların torpağı deyil, azərbaycanlılarındır. Qarabağdan başqa... Onda onları geri qaytarın! Mən bunu təklif edəndə həmin ərazilər geri qaytarılsaydı, müharibə olmazdı. İlham Əliyevin bu müharibəyə başlamaq üçün heç bir motivasiyası olmazdı. Bir Qarabağın statusu qalırdı. Bunu da sakit rejimdə həll edəcəkdirlər. Amma nə Serj Sarkisyan, nə də sonradan Nikol Paşinyan bununla razılaşmadı. Mən bu məsələni iki dəfə qaldırdım”, deyə Lukaşenko sülh yolu ilə nizamlanma təkliflərindən danışıb.

O, həmçinin qeyd edib ki, İlham Əliyevə münaqişə həll olunarsa, nəhayət barışmaq və bunu iki ölkənin xalqlarına nümayiş etdirmək üçün Ermənistana sərmayə yatırmaq barədə düşməyi təklif edib: "Mən İlham Əliyevə dedim ki, razılığa gəlsəniz, Ermənistana birtəhər kömək etməlisən ki, xalqlar görsün barışmısınız, sülh əldə etmisiniz və s. Bəs sən Ermənistana nə qədər sərmayə qoya bilərsən?" "Ən azı beş milyard" dedi. Ancaq əsas o idi ki, boru kəmərləri çəkəcəkdirlər. Amma onlar Ermənistandan yan keçdi. İlham Əliyev məhz bu qaz və neft kəmərlərinin Ermənistandan keçməsini təklif edirdi. Deyirdi ki, "Niyə Gürcüstandan keçməlidir? Ermənistandan keçəcək. Bu, bizə sərf edir”. Bu ermənilərə də sərf edəcəkdi? Edəcəkdi”, deyə Belarus prezidenti bildirib.

Lukaşenko eyni zamanda qeyd edib ki, on ildir verdiyi təkliflər həyata keçirilmir. "Olmadı. Nə olsun? Azərbaycan prezidentini küncə sıxdılar. Onun güc tətbiq etməkdən başqa çarəsi yox idi. Belə davam etmək mümkün deyildi. Bir milyondan çox qaçqın gərginlik yaradırdı. Məsələ bundadır”, deyə Lukaşenko bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26