Interposta.Info

Ceyhun Bayramovla Mirzoyanın görüşünün yeri və vaxtı açıqlandı

Siyasət / Manşet
 30-09-2022, 10:08     486

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın XİN başçısı Ararat Mirzoyan arasında növbəti görüşün vaxtı açıqlanıb.

"İnterPosta" xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan bildirib.

Onun sözlərinə görə, XİN başçıları oktyabrın 2-də Cenevrədə görüşəcək.

Qeyd edək ki, Ceyhun Bayramovla Ararat Mirzoyan sonuncu dəfə sentyabrın 20-də Nyu-Yorkda ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə üçtərəfli görüş keçirib.

Bu barədə məlumatı "Sputnik Ermənistan" yayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26