Interposta.Info

Ceyhun Bayramov Baydenin təşkil etdiyi rəsmi qəbulda

Siyasət
 23-09-2022, 09:58     301

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden tərəfindən təşkil edilən rəsmi qəbulda iştirak edib.

"İnterPosta" xəbər verir ki, Azərbaycanın xarici işlər naziri bu barədə "Twitter" hesabında yazıb.

Qeyd edək ki, C.Bayramov Nyu-York şəhərində BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində bir sıra ölkələrin xarici siyasət idarələrinin rəhbərləri ilə görüşlər keçirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26