Interposta.Info

Aİ nümayəndəsi Azərbaycanın 5 erməni hərbçini təhvil verməsini alqışladı

Siyasət / Manşet
 9-09-2022, 09:59     443

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 31 avqust 2022-ci il tarixdə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən sonra Azərbaycanın ötən gün beş erməni hərbçini qarşı tərəfə təhvil verməsini alqışlayıb.

"İnterPosta" Qaynarinfo-ya istinadən xəbər verir ki, Toyvo Klaar bu barədə tviter hesabında yazıb.

O, bunu əhəmiyyətli humanitar jest adlandırıb və təhvil-təslim prosesinin vasitəçilər olmadan baş tutmasını diqqətəlayiq sayıb.

Qeyd edək ki, Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 31 avqust 2022-ci il tarixdə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistanın baş naziri arasında keçirilən görüşdə aparılmış müzakirələrin nəticəsində əldə edilmiş ikitərəfli razılaşmaya əsasən, sentyabrın 8-də 5 nəfər Ermənistan hərbçisini azad edib və Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfə təhvil verib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26