Interposta.Info

Paşinyandan Azərbaycanla bağlı vacib açıqlama

Siyasət / Manşet
 7-09-2022, 15:34     833

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Vladivostok şəhərində keçirilən Şərqi İqtisadi Forumunda çıxış edib.

"İnterPosta" xəbər verir ki, baş nazir Azərbaycanla sərhədlərin açılmasından və Cənubi Qafqazda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası üzrə komissiyanın işindəki irəliləyişdən bəhs edib:

"Ermənistan Azərbaycanla sərhədlərin açılmasında maraqlıdır. Bu prosesin Rusiyanın dəstəyi ilə başa çatdırılmasını gözləyirik. Cənubi Qafqazda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası üzrə üçtərəfli komissiyanın fəaliyyətində irəliləyiş var, lakin hələ ki bütün məsələlər həllini tapmayıb”, - deyə hökumət başçısı bildirib.

Paşinyan Türkiyə ilə münasibətlər barədə də danışıb. Qeyd edib ki, rəsmi İrəvan Türkiyə ilə münasibətlərin normallaşdırılmasında maraqlıdır: "Ermənistan Rusiyanın dəstəyi ilə Türkiyə ilə münasibətlərin normallaşdırılmasına ümid edir".

O, bəzi qüvvələrin Ermənistan hakimiyyətini həddən artıq qərbpərəst, ya da rusyönümlü kimi təqdim etməyə çalışdığını bildirib: "Həmin qüvvələr bu hərəkətləri ilə regionumuzda vəziyyəti de-stabilləşdirmək istəyirlər”.

Paşinyan Rusiya ilə münasibətlərin strateji xarakter daşıdığını və bu dəstəyə görə, ölkəsində iqtisadi böhranın olmadığını söyləyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26