Interposta.Info

Moskvada Azərbaycan-Ermənistan delimitasiya üzrə Komissiyanın növbəti görüşü keçirilir

Siyasət
 30-08-2022, 15:03     381

Moskvada Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli Komissiyanın görüşü keçirilir.

APA xəbər verir ki, Rusiya xarici işlər nazirliyinin Qəbullar Evində keçirilən görüşdə Azərbaycanı Baş nazirin müavini Şahin Mustafayev təmsil edir. Ermənistan tərəfdən isə görüşdə baş nazirin müavini Mqer Qriqoryan iştirak edir.

Qeyd edək ki, bu, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Komissiyanın sayca ikinci görüşdür. İlk görüş bu il mayın 24-də Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində baş tutub.

Xatırladaq ki, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı Komissiyanın görüşü Rusiya tərəfinin məşvərətçi yardımı ilə keçirilir. Mətbuata qapalı keçirilən görüşün yekunları ilə bağlı Rusiya XİN-in məlumat yayacağı gözlənilir.

Onu da qeyd edək ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı Rusiya tərəfinin məşvərətçi yardımı ilə ikitərəfli Komissiyanın yaradılması barədə razılıq Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 26 noyabr 2021-ci il tarixli Soçi üçtərəfli razılaşmasına əsasən əldə olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26