Interposta.Info

ABŞ və Fransa səfirlərinin Şuşa səfərindən imtinasının gizlinləri

Siyasət / Manşet
 29-08-2022, 16:48     202

ABŞ və Fransanın Bakıdakı səfirliklərinin Şuşada keçirilən tədbirə getməmələri Azərbayanda ciddi narazılığa səbəb olub. Məsələyə münasibət bildirən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev həmin tədbirdə çıxışı zamanı ABŞ və Fransanın Qarabağ probleminin sülh yolu ilə həllində maraqlı oldmadıqlarını bildirib: "Bu tədbirdə iştirak etməyən iki dövlət var. Onlar ABŞ və Fransadır. Onların burada iştirak etməməsini başa düşə bilmirik. Düzdür, Şuşa şəhərinin onların iştirakına elə də bir ehtiyacı yoxdur. Gələ də bilərlər, gəlməyə də. Yəqin ki, bundan sonra biz onları heç dəvət də etməyəcəyik. Amma gəlməmələri bir daha Minsk qrupu çərçivəsində onların 30 illik danışıqlar prosesi çərçivəsində hansı missiyanı həyata keçirdiklərinə bir daha dəlalət edir. Onlar Minsk qrupunun bərpasə və reanimasiyası haqqında bəzi bəyanatlarla çıxış edirlər. Onlar Azərbaycanın ərazi bütövlüyünün bərpasını, yoxsa Şuşa şəhərindəki yeniqədqurma layihələrini həzm edə bilmirlər. Onlar ilk növbədə Azərbaycan xalqı qarşısında cavab verməlidirlər”.

Bu arada ABŞ səfirliyi Şuşaya getməməsilə bağlı məsələyə münasibət bildirib. Mövzu ilə bağlı "Amerikanın Səsi”nə açıqlamasında ABŞ səfirliyinin sözçüsü bildirib ki, Azərbaycanın müstəqilliyi və suverenliyinin ABŞ-dan böyük dəstəkçisi yoxdur: "ABŞ inanır ki, davamlı dialoq, davamlı əlaqə vasitəsilə, o cümlədən yüksək səviyyələrdə, biz uzunmüddətli və hərtərəfli sülhə kömək etmək üçün mümkün olan hər şeyi edə bilərik. Daha əvvəl dediyimiz kimi, Azərbaycanın müstəqilliyi və suverenliyinin ABŞ-dan böyük dəstəkçisi yoxdur. Amerika Birləşmiş Ştatları Səfirliyinin əməkdaşları Ağdam, Zəngilan və Füzuli də daxil olmaqla Azərbaycanın bütün bölgələrinə geniş şəkildə səfərlər ediblər və etməkdə davam edirlər. Səfirliyin əməkdaşları təhlükəsizlik, səhiyyə, enerji və iqtisadi inkişaf kimi mühüm məsələlərdə Azərbaycanla əlaqə qurmaq üçün ölkənin bütün bölgələrinə səfərlər edir”.

Amma bununla belə ABŞ səfirliyi rəsmi açıqlamada əsas suala cavab verməkdən yayınıb. Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyir ki, ABŞ və Fransa səfirləri Ermənistandakı qərbpərəstlərə dəstək vermək üçün Şuşaya getməyib: "İndiki mərhələdə ABŞ və Fransa digər mövzuda çox fəaldır. Bu, Ermənistanla bağlıdır. Həmin ölkədə gərgin proseslər baş verir. Burada qərbyönümlü siyasət həyata keçirən dalğa mövcuddur. Bu mənada ermənilərin həmin siyasi qüvvələrə dəstək verməsi üçün Qərb diplomatiyası İrəvanın xoşuna gəlmək istiqamətində müxtəlif addımlar atır, bəyanatlar verir”.

Həmsöhbətimiz onu da qeyd edir ki, Vaşinqtonun belə mövqe sərgiləməsi ilk növbədə öz marağının təmini üçündür:”ABŞ və Fransa səfirlərinin Şuşaya getməmələrinə gəldikdə, həm Rusiya, həm də Qərb ölkələri hər zaman olduğu kimi Qarabağ mövzusunda ilk növbədə öz maraqlarının həyata keçirilməsi siyasətini yürüdüblər. Onlar arasında olan rəqabət bu və ya digər şəkildə yaşadığımız bölgəyə də köçürülür. Bu baxımdan başa düşməliyik ki, ABŞ və Fransanın belə mövqeyi ilk növbədə öz maraqlarının təmininə yönəlik siyasətdir. Buurada təəccüb ediləsi bir şey yoxdur. Rusiya səfiri də uzun müddət Şuşaya getməmişdi, amma sonradan getdi. İnanıram ki, bir müddətdən sonra ABŞ və Fransa səfirləri də Şuşaya səfər edəcək”.

Sabiq baş diplomat bildirir ki, Qarabağ mövzusu Azərbaycanın daxili işidir, kimi istəyirik onları çağıracağıq, kimi istəmirik çağırmaycağıq: ”Bakı hələlik Minsk qrupuna deyil, Rusiya-Türkiyə tandeminə üstünlük verir. Çünki həmin tandemdə Türkiyənin olması ölkəmizə əlavə təminatlar verir. Minsk qrupu formatı qəbuledilməzdir. Ona görə ki, formatın proseduruna görə Azərbaycan və Ermənistan Qarabağ danışıqlarında eyni səviyyədə söz sahibi ola bilər. Təbii ki, İrəvanın burada yenidən söz sahibi olması Azərbaycanın xeyrinə deyil. Bakı buna heç zaman getməyəcək. Qarabağ mövzusu Azərbaycanın daxili işidir. Kimi istəyirik onları çağıracağıq, kimi istəmirik çağırmaycağıq. Ermənistan birmənalı şəkildə bu mövzudan uzaqlaşdırılmalıdır. 5 ildən sonra artıq bu bölgə tamamilə ölkəmizin nəzarərtinə keçəcək”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26