Mövqelərimiz atəşə tutuldu (RƏSMİ)

İyunun 17-si gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan Ordusunun dövlət sərhədinin Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə "İnterPosta"-ya Müdafiə Nazirliyindən məlumat verilib.
"Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb", - məlumatda qeyd edilib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26