Interposta.Info

Türkiyədə təhsil alan Azərbaycan hərbçilərinin sayı artırılıb (RƏSMİ)

Siyasət / Manşet
 15-06-2022, 16:10     272

"Türkiyə Silahlı Qüvvələrinin təhsil müəssisələrində təhsil alan Azərbaycan Ordusunun şəxsi heyətinin sayı artırılıb".

"İnterPosta"-nın xəbərinə görə, bunu müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda Şuşada keçirilən konfransda deyib.

O bildirib ki, hazırda 200-dən çox zabit, gizir və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu Türkiyə Silahlı Qüvvələrinin müxtəlif təhsil müəssisələrində, təlim mərkəzlərində təhsil alır, təkmilləşdirmə kursları keçirlər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26