Interposta.Info

Azərbaycan və Paraqvay XİN-ləri arasında İLK DƏFƏ siyasi məsləhətləşmələr keçirilib

Siyasət
 11-05-2022, 22:12     516

Latın Amerikası dövlətlərinə səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədovun 10 may 2022-ci il tarixində Paraqvayın xarici işlər naziri Xulio Ariola ilə görüşü keçirilib.

Bu barədə "İnterPosta"ya Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə ölkələrimiz arasında əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib, Azərbaycan -Paraqvay arasında aparılan siyasi dialoqun vacibliyi vurğulanıb. Müxtəlif istiqamətlərdə, o cümlədən energetika, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar müzakirə edilib.

Azərbaycan tərəfi Paraqvayın ölkəmizin ərazi bütövlüyünün və suverenliyi ardıcıl və davamlı şəkildə dəstəklədiyini görə təşəkkür ifadə edib.

Görüşdə, həmçinin Azərbaycan və Paraqvay arasında beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq və qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

10 may 2022-ci il tarixində Paraqvayın paytaxtı Asunsyon şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Paraqvay Respublikasının Xarici İşlər Nazirliyi arasında ilk dəfə olaraq siyasi məsləhətləşmələr keçirilib.

Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Paraqvay tərəfindən isə bu ölkənin xarici işlər nazirinin müavini Raul Rikyardi rəhbərlik etdiyi nümayəndə heyətləri siyasi məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti, habelə siyasi, iqtisadi, enerji, kənd təsərrüfatı və humanitar sahələrdə qarşılıqlı tərəfdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Bununla yanaşı, tərəflər regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivlərinin inkişafına dair fikir mübadiləsi aparıblar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26