Interposta.Info

Azərbaycan Prezidenti: "Ermənistan 30 il ekoloji terror törədib"

 

Siyasət / Manşet
 29-04-2022, 14:49     247

“İndi biz Qarabağın və Zəngəzurun Azərbaycanın qalan hissəsi ilə dərin inteqrasiyası üzərində işləyirik, ona görə də dəmir yolları, hava limanları tikilir, elektrik enerjisi verilir. Suyun paylanması məsələsi bir az daha çox vaxt aparacaq”.

"İnterPosta" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşdə söyləyib.

“Biz çaylarımızdan məhrum olmuşduq, çünki 30 il ərzində yazda, yayda suya ehtiyacımız olanda Ermənistan Tərtər çayının qarşısını kəsərək quraqlıq yaradırdı. Qışda isə çayı açıb, sel yaradırdılar. Bu, əsl ekoloji terror idi”, - dövlət başçısı vurğulayıb.

O xatırladıb ki, bir neçə il əvvəl AŞPA-da Ermənistanı buna görə pisləyən qətnamə qəbul edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26