Interposta.Info

Elman Rüstəmova yeni vəzifə verildi

Siyasət / Manşet
 13-04-2022, 12:55     469

Azərbaycan Mərkəzi Bankının (AMB) sabiq sədri Elman Rüstəmova yeni vəzifə verilib.

Bu barədə "İnterPosta"ya Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, o, Baş nazir Əli Əsədovun müşaviri təyin edilib.

Qeyd edək ki, ötən gün Milli Məclisin qərarı ilə Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilib. O, İdarə Heyətinin üzvlüyündən azad edilməklə həm də AMB sədrliyindən də azad olunub. Bu il 70 yaşı tamam olacaq E.Rüstəmov 1995-ci ilin yanvar ayından Mərkəzi Bankın rəhbəri idi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26