Interposta.Info

Milli Məclisin komitələri bu gün Şuşada iclas keçirəcək

Siyasət / Manşet
 8-04-2022, 11:30     286


Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin birgə iclası Şuşa şəhərində keçiriləcək.

"İnterPosta" xəbər verir ki, iclasın gündəliyinə iki məsələ daxil edilib.

1. "Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti, Gürcüstan Respublikası Hökuməti arasında "Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının qanun layihəsi.

2. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Valyuta tənzimi haqqında Azərbaycan Respubliukasının qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun layihəsi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26