Interposta.Info

ATƏT sədri Azərbaycana səfər edəcək

Siyasət
 28-03-2022, 22:52     95

ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau yüksək səviyyəli rəsmilərlə görüşlər keçirmək üçün martın 29-dan aprelin 1-dək Gürcüstan, Azərbaycan və Ermənistana səfər edəcək.

Qurumdan “Report”a verilən məlumata görə, Z.Rau Gürcüstanda prezident Salome Zurabişvili, baş nazir İrakli Qaribaşvili, baş nazirin müavini və xarici işlər naziri David Zalkaliani və parlament sədrinin birinci müavini Giorgi Volski ilə görüşəcək.

O, Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Ermənistanda Rau prezident Vaaqn Xaçaturyan, baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.

Səfər Cənubi Qafqaz regionunda dinc əməkdaşlıq, dialoq və sabitliyin təşviqinə yönələcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26