Interposta.Info

Çempionlar Liqasının finalı Rusiyadan alınaraq Fransaya verildi

Siyasət / İdman / Manşet
 25-02-2022, 16:04     311


UEFA Çempionlar Liqasının finalı Rusiyanın Sankt-Peterburq şəhərindən alınıb.

"İnterPosta" xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.

Oyun mayın 28-də Rusiyanın energetika nəhəngi, UEFA-nın iri sponsoru "Qazprom"un vəsaiti hesabına tikilmiş eyniadlı arenada deyil, "Stad de Frans"da təşkil olunacaq.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbilə qurumunun İcraiyyə Komitəsi bu qərarı qəbul edib.

Beləliklə, Fransa 2006-cı ildən sonra ilk dəfə Avropanın ən nüfuzlu klub turnirinin finalına ev sahibliyi edəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26