Interposta.Info

Putin: “Müttəfiqlik haqqında bəyannamə münasibətlərdə yeni mərhələ başladacaq”

Siyasət
 22-02-2022, 17:27     253

Putin: “Müttəfiqlik haqqında bəyannamə münasibətlərdə yeni mərhələ başladacaq”

"Azərbaycan və Rusiya arasında "Müttəfiqlik haqqında bəyannamə”nin imzalanması ikitərəfli münasibətlərdə yeni mərhələ olacaq".

"Report” Kremlin saytına istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev ilə Moskvada keçirilən danışıqlar zamanı bildirib.

"Səfəriniz ikitərəfli münasibətlərdə xüsusi hadisə olan diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu bir zamana təsadüf edir. Bu gün biz "Müttəfiqlik haqqında bəyannamə” imzalayacağıq. Şübhəsiz ki, bu, münasibətlərimizdə yeni mərhələ olacaq” - Putin deyib.

Onun sözlərinə görə, ölkələr arasında iqtisadi-ticari əlaqələr artan templə inkişaf edir.

"Pandemiyaya baxmayaraq, ötən il ticarət dövriyyəsi 16% artıb”, - Putin deyib.

"Bu, çox yaxşı göstəricidir. Əlaqələrimizi dəstəklədiyinizə görə Sizə minnətdarıq. Bu baxımdan, çox ciddi planlarımız var. İqtisadi əlaqələrimiz kifayət qədər şaxələndirilib. Bu, irəli addım atmaq üçün yaxşı zəmin yaradır”, - Rusiya Prezidenti bildirib.

Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılmasından danışan Putin bildirib ki, təkcə orada yaşayan insanların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı deyil, həm də iqtisadi-ticari əlaqələrin, nəqliyyat kommunikasiyalarının açılması baxımından müəyyən razılaşmalar əldə olunub.

"Rusiya Federasiyası və digər qonşularınız bu məsələlərin, o cümlədən nəqliyyat kommunikasiyaları ilə bağlı məsələlərin həll edilməsində maraqlıdır. Bu, təkcə Azərbaycan və Ermənistan üçün deyil, həm də Rusiya və digər qonşularınız üçün maraqlıdır”, - Rusiya Prezidenti bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26