Interposta.Info

Fransa Prezidenti Azərbaycanın qərarından danışdı

 

Siyasət / Manşet
 7-02-2022, 17:07     427

Fransa Prezidenti Emmanuel Makron Azərbaycanın 8 erməni hərbçini Ermənistana təhvil verməsini alqışlayıb.

"İnterPosta" xəbər verir ki, bu barədə Fransanın dövlət başçısı tviterdə yazıb.

"Səkkiz erməni hərbçisi Azərbaycan tərəfindən azad edilərək Bakıdan İrəvana aparılıb. Onlar bir neçə aydır ayrıldıqları ailələrinə qovuşurlar. Diplomatlarımıza, eləcə də bu əməliyyatda səfərbər olan əsgərlərimizə təşəkkür edirəm. Biz irəliləyirik!”, - o qeyd edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26