Interposta.Info

Prezident yanında İctimai Palatanın yaradılması təklif edilir

Siyasət / Manşet
 15-01-2022, 13:03     323

Azərbaycanda Prezident yanında İctimai Palatanın yaradılması təklif edilib.

Bu təklifi Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev ADA Universitetində "Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda keçirilən "dəyirmi masa"da irəli sürüb.

Onun sözlərinə görə, Azərbaycanda ictimai nəzarətin hüquqi əsasları var:

"Lakin ictimai nəzarətin bir institut olaraq formalaşması başa çatmayıb”.

Ə.Nuiyev bildirib ki, ictimai nəzarət bütün dövlət qurumlarını əhatə etmir:

"Dünyada bununla bağlı müxtəlif təcrübələr mövcuddur. Bunlardan biri Prezidentin yanında İctimai Palatanın yaradılmasıdır. Bu ən yaxın ünsiyyət və problemləri ən dəqiq şəkildə çatdırmaq imkanı deməkdir. Bu sayədə ayrı-ayrı sektorlarda vəziyyəti müzakirə etmək olar. Hesab edirəm ki, palatanın tərkibi media, ayrı-ayrı sahələrin mütəxəssisləri və vətəndaş cəmiyyəti institutlarının təmsilçilərindən ibarət olmalıdır”./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26