Interposta.Info

Prezident: "Sabah ölkəmizin həyatında çox önəmli hadisə baş verəcək"

Siyasət / Manşet
 12-01-2022, 21:48     237

"Deməliyəm ki, sabah ölkəmizin həyatında çox önəmli hadisə baş verəcək”.

"İnterPosta" xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

"Xarici investorların maliyyə vəsaiti hesabına Azərbaycanda böyük külək elektrik stansiyasının təməli qoyulacaq – 240 meqavatt gücündə külək elektrik stansiyası. Vəsaiti 100 faiz investorlar özləri təmin edəcəklər. Bu, ölkəmizin inkişafına, gələcəyinə inamın təzahürüdür”, - dövlət başçısı əlavə edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26