Interposta.Info

Azərbaycanla Qətər arasında viza rejimi ləğv olunur

Siyasət
 23-12-2021, 09:57     252

Azərbaycanla Qətər arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbi aradan qaldırılır.

"İnterPosta"nın xəbərinə görə, bu, "Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

Sənəd Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin dekabrın 22-də keçirilən toplantısında müzakirə edilib və plenar iclasa tövsiyə olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26