Interposta.Info

Hərbi ekspertdən iddia: "Ermənistan ordusunda təxribata hazırlıq prosesi gedir"

Siyasət / Manşet
 25-11-2021, 12:51     577


"30 ildir ki, ermənilər öz təxribatlarından əl çəkmir. Hər dəfə danışıqlar prorsesi çərçivəsində erməni tərəfi təxribat törətməklə danışıqlar prosesinə zərbə vururlar. 10 noyabr bəyanatından sonra da bu təxribatlar davam etdi. İndi Soçi görüşü ərəfəsində ermənilər yeni təxribat törədə bilər".

"İnterPosta" xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verdiyev deyib. Ekspert Soçi görüşü ərəfəsində erməni təxribatının baş vermə ehtimalı olduğunu yazıb. Onun sözlərinə görə, Soçi görüşü ərəfəsində ermənilərin təxribatı gözləniləndir:

"Ermənistan ordusunda təxribata hazırlıq prosesi gedir. Laçın və Kəlbəcərin Ermənistanla sərhəddində yerləşən hərbi hissələr 1 saylı döyüş hazırlığı vəziyyətinə gətirilib. Paşinyanın Soçi səfəri zamanı ona müxalif generalların növbəti dəfə atəşkəsi pozmaq cəhdi istisna edilmir”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26