Interposta.Info

Zəngəzur dəhlizi Azərbaycan üçün açıldı! - TƏCİLİ

Siyasət / Manşet
 19-11-2021, 15:04     1 352

"Gözümüz aydın! Eşq olsun Ali Baş Komandana! Eşq olsun Silahlı Qüvvələrimizə! Zəngəzur dəhlizi artıq Azərbaycan üçün açıqdır”.

"İnterPosta" xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, 44 günlük Vətən Müharibəsi Azərbaycan xalqının 32 illik Azadlıq mübarizəsinin ən parlaq səhifəsidir:

"Gəlin, real mübarizə apardığımız müddəti qısaltmayaq, çünki biz 32 ildir bu yolda şəhid veririk. Bəlkə gələcəkdə yenə şəhidlərimiz olacaq, amma onların qisası heç zaman yerdə qalmayacaq. Zəngəzur dəhlizinin açılması Zəfərimizin bariz nümunəsi olmaqla bərabər, şəhidlərimizin qisasının alınmasının sübutlarından biridir”.

"İnterPosta"nın məlumatına görə, mötəbər mənbələrdən də Qaynarinfo-nun məlumatı təsdiqləyib.

Artıq Ermənistan tərəfinin Zəngəzur dəhlizinin açılması ilə bağlı rəsmi sənədə imza atdığı bildirilir.

Bununla bağlı rəsmi açıqlamanın olması gözlənilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26