Interposta.Info

Paşinyan: “Qoşunlar geri çəkilməsəydi, Sünik əldən gedə bilərdi”

Siyasət
 28-10-2021, 13:45     64


44 günlük müharibədən sonra Azərbaycan ərazilərində qalmış erməni ordusunun çıxarılması Nikol Paşinyan hökuməti üçün başağrsısına çevrilib.

Ermənistan müxalifəti mövcud hakimiyyətə qarşı bu "kart”dan da daha çox istifadə edib. İş o yerə çatıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu məsələyə münasibət bildirməyə məcbur olub.

"Mən demişəm ki, məsuliyyətdən imtina edirəm? Sərəncama gəlincə, yəni müvafiq prosedurlar demək olar ki, Təhlükəsizlik Şurasının bütün üzvlərinin iştirakı ilə müzakirə edilib. Orada Xarici İşlər naziri də var idi. Sonradan dedi ki, guya iclasda iştirak etməyib”, deyə Paşinyan vurğulayıb.

Baş nazirin sözlərinə görə, əgər müvafiq qərar qəbul edilməsəydi, yəni Ermənistan qoşunları ərazidən çıxmasaydı, hərbi əməliyyatlar təhlükəsi yarana bilərdi:

"Bu isə Sünik üçün ciddi problemlər yaradardı. Hətta bir hissəsinin əlimizdən çıxma riski belə vardı”.

Paşinyan qeyd edib ki, hakimiyyətin ictimaiyyətdən gizlədəcəyi heç nəyi yoxdur:

"Əgər bəzi məlumatlar fraqmentlərlə təqdim olunursa, deməli bu, yalnız ölkənin maraqları naminə edilir”./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26