Interposta.Info

Azərbaycanlıya Rusiya hökumətində yüksək vəzifə verildi

Siyasət
 22-10-2021, 14:41     387

Rusiyanın Sverdlovsk vilayəti qubernatoru Yevgeni Kuyvaşev yeni hökumətin tərkibini elan edib.

Hökumətin tərkibinə bir azərbaycanlı da daxil edilib Bu, İlham Səbzəli oğlu Şirəliyevdir.

İlham Şirəliyev Sverdlovsk vilayəti qubernatorluğunda Korrupsiyaya Qarşı Mübarizə və Nəzarət departamentinin direktoru təyin olunub.

Şirəliyev Rusiyanın bir sıra regionlarında ədliyyə sistemində çalışıb. O, qubernatorluğa vəzifəyə gətirilənədək "Qosjilstroynadzor”da yüksək post tutub.

İlham Şirəliyev əslən Azərbaycanın Hacıqabul rayonundandır./lent.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26